Argentinalı oğurladığı qadını 23 il əsirlikdə saxlayıb? - DETALLAR

Argentinalı oğurladığı qadını 23 il əsirlikdə saxlayıb? - DETALLAR

Hazırda oxunan: Argentinalı oğurladığı qadını 23 il əsirlikdə saxlayıb? - DETALLAR

30434

Hazırda 50 yaşı olan argentinalı mexanik Oskar Alberto Rakko 1996-cı ildə oğurladığı qadını 23 il ərzində əsirlikdə saxlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə yerli TN telekanalı məlumat yayıb.

Bu günlərdə Rakkonun işi üzrə məhkəmə prosesi başlayıb. Prokuror cinayətkar üçün 18 il müddətinə həbs tələb edib.

Qeyd edək ki, hadisə Rosario şəhərində baş verib. Hazırda 43 yaşı olan qadın əsirliyinin ilk 4-5 ilində çarpayıya zəncirlənmiş şəkildə saxlandığını, ona qarşı fiziki zorakılığın tətbiq edildiyini bəyan edib.

Qadın yalnız 2019-cu ildə, Rakkonun vanna otağında olmasından istifadə edərək, qaçmağa müvəffəq olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO