Ombudsman AŞPA nümayəndələrinə Ermənistanın cinayətləri barədə məlumat verdi

Ombudsman AŞPA nümayəndələrinə Ermənistanın cinayətləri barədə məlumat verdi

Hazırda oxunan: Ombudsman AŞPA nümayəndələrinə Ermənistanın cinayətləri barədə məlumat verdi

30145

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA-nın) Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin nümayəndə heyətinin üzvlərini qəbul edib. 

Bu barədə Bizim.Media-ya Ombudsman Aparatından məlumat verilib. 

Bildirilib ki, Ombudsman Aparatında keçirilən görüşdə “Ermənistan və Azərbaycan arasında münaqişənin humanitar nəticələri mövzusu” üzrə məruzəçi Pol Qavan, Komitə Katibliyinin rəhbəri Mark Nevil və Avropa Şurasının Bakı Ofisinin nümayəndəsi Kirilo Boiçeniuk iştirak ediblər. 

Ombudsman Səbinə Əliyeva qonaqlara Vətən müharibəsinin gedişində və müharibədən sonrakı dövrdə beynəlxalq humanitar hüquq və insan hüquqları pozuntularının araşdırılması ilə bağlı həyata keçirilmiş fəaliyyət barədə geniş məlumat verib.

44 günlük müharibə dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki yaşayış məntəqələrinə qadağan olunmuş silahlardan hücum edilməsinə dair faktoloji materiallar təqdimat zamanı qonaqların diqqətinə çatdırılıb.

Qeyd olunub ki, həmin hücumlar nəticəsində dağıdılan yaşayış məntəqələrində aparılmış yerində araşdırmaların nəticəsi olaraq, humanitar hüququn pozulmasına dair sübutlara əsaslanan xüsusi hesabatlar hazırlanıb və aidiyyəti beynəlxalq insan hüquqları qurumlarına göndərilib.

Bildirilib ki, həmin hesabatlarda müharibə dövründə həlak olan və yaralanan mülki şəxslər, o cümlədən müharibənin qurbanına çevrilmiş uşaqlar, tamamilə və ya qismən dağıdılan tarixi və mədəni abidələr barədə məlumatlar, habelə Ermənistan tərəfindən azərbaycanlı hərbi əsir və girovlara qarşı işgəncə və pis rəftar hallarına dair faktlar əks olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO