Yevlaxda evlərdən və xəstəxanadan oğurluq edən şəxs saxlanıldı 

Yevlaxda evlərdən və xəstəxanadan oğurluq edən şəxs saxlanıldı 

Hazırda oxunan: Yevlaxda evlərdən və xəstəxanadan oğurluq edən şəxs saxlanıldı 

29941

Bir qrup rayon sakini Yevlax Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək onlara məxsus fərdi yaşayış evlərindən və eləcə də, xəstəxanadan oğurluq edilməsi barədə məlumatlar veriblər. 

DİN-in Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, daxil olmuş məlumatlar əsasında Yevlax RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən, rayon sakini, əvvəllər məhkum edilmiş Balabəy Cəfərov saxlanılıb.  

Araşdırmalarla onun 3 fərdi yaşayış evindən və xəstəxanadan televizor, noutbuk, samovar, elektrik kabelləri və nəğd pul oğurlamaqla vətəndaşlara maddi ziyan vurduğu müəyyən edilib.

Dinidirilmə zamanı B.Cəfərov törətdiyi cinayət əməlini etiraf edib. 

Faktla bağlı Yevlax RPŞ-də araşdırmalar davam etdirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO