Azərbaycan-Koreya iqtisadi əməkdaşlığı ilə bağlı SƏRƏNCAM

Azərbaycan-Koreya iqtisadi əməkdaşlığı ilə bağlı SƏRƏNCAM

Hazırda oxunan: Azərbaycan-Koreya iqtisadi əməkdaşlığı ilə bağlı SƏRƏNCAM

29678

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 10 avqust tarixli 1346 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. 

Bizim.Media xəbər verir ki, sərəncama əsasən, “Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 10 avqust tarixli 1346 nömrəli sərəncamı ilə təsdiq edilmiş Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilib: 
 

MÖVZU İLƏ BAĞLI:

Bu komissiyanın tərkibi dəyişdi - SİYAHI


“Komissiyanın həmsədri 

Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini 

Komissiyanın üzvləri 

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini 

Azərbaycan Respublikası energetika nazirinin müavini 

Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini 

Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini 

Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini 

Azərbaycan Respublikası təhsil nazirinin müavini 

Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini 

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini 

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini 

Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri 

Azərbaycan Respublikasının Koreya Respublikasında fövqəladə və səlahiyyətli səfiri 

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Asiya İdarəsinin rəisi.”. 

Xarici İşlər Nazirliyi Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası üzrə tərkibinə edilmiş dəyişikliklər barədə Koreya Respublikası tərəfinə müvafiq bildiriş göndərməlidir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO