\

\"Barselona\"dan gənc oyunçularına QADAĞA 

Hazırda oxunan: \"Barselona\"dan gənc oyunçularına QADAĞA 

29495

"Barselona" rəhbərliyi klubun gənc futbolçularına smartfondan istifadəyə və qeyri-adi saç düzümlərinə qadağa qoyub. 

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı AS nəşri yayıb. 

Mənbə yazır ki, futbolçular məşqdə və soyunub-geyinmə otağında olarkən smartfonlardan istifadə edə bilməyəcəklər.  

Onlar telefonlarını komandanın nümayəndəsinə təhvil verməli və soyunma otağından çıxdıqdan sonra geri almalıdırlar. 

Həmçinin, futbolçular qeyri-adi saç düzümü saxlaya və saçlarını parlaq rəngləyə bilməzlər. 

Bundan əlavə, onlar məşqçilər və həmkarları ilə söhbətlərinə də xüsusi diqqət yetirməlidirlər. 

Yeni qaydaların əsas məqsədi rəhbərliyin fikrincə, son illərdə klubun imicini xeyli aşağı salan ciddi nizam-intizamı bərpa etməkdir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO