Erməniyə məxsus ərazidə yeraltı həbsxana tapıldı - FOTOLAR

Erməniyə məxsus ərazidə yeraltı həbsxana tapıldı - FOTOLAR

Hazırda oxunan: Erməniyə məxsus ərazidə yeraltı həbsxana tapıldı - FOTOLAR

29138

Rusiyanın Leninqrad vilayətinin Vsevolojk rayonunda tərk edilmiş yerlərdən birində kameraları olan  yeraltı həbsxana tapılıb.

Bizim.Media xəbər verir ki, bu barədə “47news” məlumat yayıb.

Məlumata görə, kameralar iki mərtəbəli çarpayı, tualet və lavabolar ilə təchiz olunmuşdur. Bağ evinin zirzəmisində yerləşən həbsxana islah müəssisələrinə uyğun formada inşa edilib. Onun sahibi bir neçə dəfə dəyişsə də, onlardan ikisi xüsusi diqqət çəkib.

Torpaq sahəsinin ilk sahibi 2018-ci ildə -51 yaşında vəfat edən  Rusiya Federal Penitensiar Xidmətinin 4 saylı həbsxanasının əməliyyat bölməsinin keçmiş kapitanı Renat Almazovdur. Sonuncu sahibi isə Mkrtçıyan soyadını daha sonra Eskobara dəyişən erməni olub. Həbsxanada həyati əlamətə rast gəlinmədiyi bildirilir. Yalnız krematoriyada bioloji iz tapılıb ki, bunun da gəmiriciyə aid olması istisna edilmir.

Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO