5 yaşlı uşağa işgəncə verən ana və tanışı saxlanıldı – YENİLƏNİB - FOTO

5 yaşlı uşağa işgəncə verən ana və tanışı saxlanıldı – YENİLƏNİB - FOTO

Hazırda oxunan: 5 yaşlı uşağa işgəncə verən ana və tanışı saxlanıldı – YENİLƏNİB - FOTO

0:00
0:00
28982

Bakıda narkotikin təsiri altında 5 yaşlı uşağa işgəncə verən anası Səadət Xasməmmədova və onunla qeyri-rəsmi olaraq ər-arvad münasibətində yaşayan Kamran Tağıyev saxlanılıb. 

Bizim.Media xəbər verir ki, S.Xasməmmədova və K.Tağıyev Xəzər RPİ 3-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. 

***

Xəbər verildiyi kimi, paytaxtın Xəzər rayonunda beş yaşlı uşağın anası və tanışı tərəfindən zorakılıq hərəkətlərinə məruz qalması və hazırda stasionar müalicə alması faktı Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülməklə qeyd edilən məsələ ilə bağlı Cinayət təqibindən kənar icraatlar idarəsində müvafiq səlahiyyətli qurumlarla əlaqəli şəkildə araşdırma aparılıb.

Müəyyən edilib ki, 1996-cı il təvəllüdlü Səadət Xasməmmədova qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı 1995-ci il təvəllüdlü Kamran Tağıyevlə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2021-ci ilin mart-iyun ayları ərzində, sonuncu dəfə isə 13.07.2021-ci il tarixdə yaşadıqları evdə narkotik vasitələrin təsiri altına düşərək səbəbsiz yerə aşkar surətdə yetkinlik yaşına çatmayan 2016-cı il təvəllüdlü S.Xasməmmədovanın doğma oğlu Cahid Abdulova güclü fiziki ağrı və psixi iztirablar verməklə əzab veriblər.
 

MÖVZU İLƏ BAĞLI:

Anası tərəfindən işgəncə verilən 5 yaşlı uşaq kafedən TAPILDI – ŞOK FOTO


Bizim.Media xəbər verir ki, faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 133.2.4-cü (əzab vermə - təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə Xəzər rayon polis idarəsinin İstintaq şöbəsinə göndərilib.

Səadət Xasməmmədova və Kamran Tağıyev cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılmaqla istintaqa cəlb ediliblər.

Hazırda cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bundan başqa, “Uşaqların hüquqları” haqqında Azərbaycan Respublikasının Qanununun və ailə qanunvericiliyinin tələblərinə müvafiq olaraq azyaşlı uşağın gələcək təhlükəsizliyini təmin etmək məqsədi ilə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən ananın valideynlik hüquqlarının məhdudlaşdırılması barədə müvafiq rayon məhkəməsi qarşısında mülki iddianın qaldırılması təmin ediləcək.

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO