Bələdiyyə sədrinə 500 manat vermiş vətəndaşın problemi həll edildi - VİDEO

Bələdiyyə sədrinə 500 manat vermiş vətəndaşın problemi həll edildi - VİDEO

Hazırda oxunan: Bələdiyyə sədrinə 500 manat vermiş vətəndaşın problemi həll edildi - VİDEO

28892

Füzuli rayonu, Mirzənağılı kənd sakini Baxşalıyev Yaşar Baxış oğlu Qazaxlar kənd bələdiyyəsinin sədrinin ondan torpaq sahəsinin özəlləşməsi üçün dövlət rüsumu olaraq 500 manat pul alması,özəlləşmə prosesinin ləngiməsi ilə bağlı Füzuli rayon prokurorluğuna müraciət edib.

Baş Prokurorluqdan Bizim.Media-ya daxil olan məlumata görə, araşdırma nəticəsində məsələ müsbət həllini tapıb və Y.Baxşalıyevin müraciəti təmin olunub.

Vətəndaş Yaşar Baxşalıyev prokurorluğun sosial şəbəkə hesabına çəkdiyi videonu göndərərək ictimailəşdirilməsini xahiş edib.

Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən qeyd olunan videoçarx "sözvətəndaşda" həştəqi ilə ictimaiyyətə təqdim olunur.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO