Azərbaycan-Rusiya sərhədində vəziyyət DƏYİŞDİ - RƏSMİ

Azərbaycan-Rusiya sərhədində vəziyyət DƏYİŞDİ - RƏSMİ

Hazırda oxunan: Azərbaycan-Rusiya sərhədində vəziyyət DƏYİŞDİ - RƏSMİ

28691

Məlumdur ki, bir qədər əvvəl Azərbaycan-Rusiya sərhədində yerləşən Samur gömrük-sərhəd buraxılış məntəqəsində böhranlı durum yaranmışdı. Buraxılış məntəqəsində yük maşınları on günlərlə gözləməli olurdular.

Səbəb isə Rusiya tərəfinin sərhəddə tətbiq etdiyi 200 maşınlıq kvota idi ki, məhsul mövsümündə bunlar da kifayət qədər problem yaradırdı.  

Digər tərəfdən isə Şimal qonşumuzun tələbi ilə ixrac olunan məhsullar üçün fitosanitar sertifikatı tələb olunurdu. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən fermerlərə bu sertifikatın verilməməsi, yubadılması da əlavə problem idi.  
 

MÖVZU İLƏ BAĞLI:

Rusiya sərhədləri QAPATDI - TIR-lar geri qayıdır? 


Bəs, indi Samur buraxılış məntəqəsində durum necədir?

Dövət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov Bizim.Media-ya açıqlamasında bildirib ki, hazırda Samur gömrük-sərhəd buraxılış məntəqəsində heç bir sıxlıq müşahidə olunmur. Post gündəlik iş rejimində fəaliyyətini davam etdirir.

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO