“Frans presse”də erməni əsgərlərin ölüm tablosu- FOTO

“Frans presse”də erməni əsgərlərin ölüm tablosu- FOTO

Hazırda oxunan: “Frans presse”də erməni əsgərlərin ölüm tablosu- FOTO

2843

“France presse” agentliyi Dağlıq Qarabağ barədə reportaj hazırlayıb.

Məqalədə əsas diqqət çəkən məqam isə boş dəbilqələrin görüntüsüdür.

Belə ki, bir kənara yığılmış erməni hərbçilərinə məxsus yüzlərlə dəbilqə düşmən tərəfindən itkinin miqyasına işarə verir. Bu görüntü həm də erməni hərbçilərinin ölüm sayının tablosunu yaradır.  

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağ müharibəsi zamanı 2400 erməni hərbçisinin ordumuz tərəfindən məhv edildiyini etiraf edib. 

Ermənistanın Vatikandakı keçmiş səfiri Mikayel Minasyan isə bu rəqəmin ən azı iki dəfə çox olduğunu - Milli Təhlükəsizlik Xidməti və Müdafiə Nazirliyinin hökumət başçısına 4750 əsgər itkisi barədə məruzə etdiyini deyib.

O, bildirib ki, meyitlərin çoxluğundan morqlada  yer qalmayıb. Erməni əsgərləinin cəsədləri koronavirusdan ölən xəstələr üçün nəzərdə tutulan yerlərdə saxlanılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO