Taliban Əfqanıstanda 169 rayonu ələ keçirib? - Hərbçilər inkar edir

Taliban Əfqanıstanda 169 rayonu ələ keçirib? - Hərbçilər inkar edir

Hazırda oxunan: Taliban Əfqanıstanda 169 rayonu ələ keçirib? - Hərbçilər inkar edir

27830

Silahlılar Əfqanıstanın müxtəlif vilayətlərində, ümumilikdə 169 rayonu ələ keçiriblər. 

Bizim.Media xəbər verir ki, bu fikirləri radikal Taliban hərəkatının nümayəndəsi Zabiullah Mücahid “RİA Novosti” agentliyinə açıqlamasında səsləndirib.  

Onun sözlərinə görə, son iki ayda Taliban 400-ə yaxın bölgədən 167-sini ələ keçirib və dünən gecə Herat və Zabul əyalətlərində daha iki rayona nəzarəti ələ alıb.  

Taliban iddia edir ki, ölkənin 85% -i onların əlindədir. 

Öz növbəsində Əfqanıstan Müdafiə Nazirliyinin keçmiş nümayəndəsi, general Dövlət Vəziri bu informasiyanı təkzib edib: 

"Bu idda doğru deyil. Onlar əvvəllər də ərazilərin 60-70 faizindən çoxuna nəzarət etdiklərini əsassız olaraq bildirirdilər”. 

Bu arada təhlükəsizlik və müdafiə sektorunun sözçüsü, general Ajmal Shinfari bölgələrin silahlıların hücumuna məruz qalmadığını və təhlükəsizlik qüvvələrinin taktiki geri çəkildiyini deyib. 

Onun sözlərinə görə, ordu yaxınlarda 14 rayonu geri alıb. 

Xatırladaq ki, Əfqanıstandakı qeyri-sabitlik Amerika qoşunlarının geri çəkilməsi fonunda böyüyür. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO