Salyanda 143 qoyun oğurlayan şəxs tutuldu – FOTO 

Salyanda 143 qoyun oğurlayan şəxs tutuldu – FOTO 

Hazırda oxunan: Salyanda 143 qoyun oğurlayan şəxs tutuldu – FOTO 

27408

Salyanda 143 baş qoyun oğurlayan şəxs saxlanılıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində iyul ayının 3-də rayon sakini A.Şıxəliyevə məxsus fermadan 143 baş qoyun oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.  

Araşdırmalarla onun Sabirabad rayonu Zəngənə kəndində qeydiyyatda olan, lakin Salyan rayonunda yerləşən fermaların birində işləyən və orada yaşayan Dilqəm Mirzəliyev olduğu müəyyən edilib. 

Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib. D.Mirzəliyev tərəfindən oğurlanmış 143 baş qoyun isə polis əməkdaşları tərəfindən maddi sübut kimi onun yaşadığı fermadan aşkarlanaraq götürülüb və zərərçəkmişə təhvil verilib. 

Faktla bağlı Salyan RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO