Böyük Britaniyanın Baş naziri Boris Conson koronavirus testi müsbət nəticələnmiş bir şəxslə təmasda olduğu üçün yenidən özünü təcrid etmək məcburiyyətində qalıb.
Bizim.Media Rusiya KİV-nə istinadla xəbər veriri ki, siyasətçi noyabrın 12-də bir qrup millət vəkili ilə görüşüb. Sonradan məlum olub ki, deputatlardan birinə - Li Andersona koronavirus diaqnozu qoyulubmuş.
Hazırda özünü yaxşı hiss etdiyini deyən baş nazir, səhhətində COVID-19-un əlamətlərinin olmadığını bildirib. Conson əlavə edib ki, məsafədən işləməyə davam edəcək.
Qeyd edək ki, Britaniyanın Baş naziri bu ilin mart ayının sonunda koronavirusa yoluxmuşdu.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:00 / 16.11.2020
Boris Conson yenə özünü təcrid etdi
Hazırda oxunan: Boris Conson yenə özünü təcrid etdi
Hazırda oxunan: Boris Conson yenə özünü təcrid etdi
2738
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.