Gəncləri “tora salan” müasir TƏHLÜKƏ - Elektron siqaretlərin tərkibində NƏLƏR VAR?

Hazırda oxunan: Gəncləri “tora salan” müasir TƏHLÜKƏ - Elektron siqaretlərin tərkibində NƏLƏR VAR?

27233

Elektron siqaretləri müasir dövrün yeni təhlükəsi adlandırmaq olar. Siqaret asılılığını azaltdığı iddia olunan, gen-bol reklam olunan bu cür siqaretlər özü əslində xəstəlik mənbəyidir. Artıq bir çox ölkələrdə elektron siqaretlərin fəsadları qeydə alınıb və bu cür vasitələrlə mübarizə başlanıb.

Bizim.Media-nın araşdırmasına görə, elektron siqaretlər 2003-cü ildə Çində icad edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Sintetik uyuşdurucular hansı BÖLGƏLƏRDƏ istehsal olunur? - HƏYƏCAN TƏBİLİ 


Ənənəvi siqaretlərdə tütün açıq şəkildə yandığı və tüstü buraxdığı halda, bu cür siqaretlərin tərkibindəki müxtəlif qatqılardan ibarət maye qızdırılır və buxar əmələ gəlir. 

Bəzi mütəxəssislər elektron siqaretləri adi siqaretlərdən daha təhükəli hesab edir. Hətta Ümümdünya Səhiyyə Təşkilatından da gənclərin eketron siqaretlərə aludəçiliyinin narahatlıq doğurduğu açıqlanıb. Geniş reklamlarına yol verilən bu cür siqaretlərlə bağlı Azərbaycan Səhiyyə Nazirliyinin də mövqeyi var. Bildirilir ki, elektron siqaret nikotinli və nikotinsiz olmaqla iki qrupa bölünür. Lakin əksər istehsalçılar onların tərkibinə nikotin daxil edirlər. Eləcə də vurğulanır ki, elektron siqaretin buxarı tənəffüs yollarının və ağciyərlərin selikli qişasını məhv edir. 

Təsadüfü deyil ki, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırıması haqqında” Qanunun əhatə dairəsinə elektron siqaretlər, eləcə də qəlyanlar daxil edilib. 

Ekspertlər elektron siqaretlərin bütün hallarda tütünçəkmənin dəstəklənməsinə xidmət etdiyini qeyd edirlər. Əksər elektron siqaretlərin istehsalçıları isə ənənəvi siqaret istehsal edən şirkətlərdir. Buna görə də elektron siqaretlərin təhlükəsiz olması barədə iddialar yalnız marketinq siyasəti hesab olunur.

Həkim Vaqif Qarayev Bizim.Media-ya açıqlamasında elektron siqaretlərin insan orqanizminə ziyanlı olduğunu deyib:

“Birmənalı olaraq deyirəm ki, bütün siqaretlər ziyandır. Siqaret adı olan bütün məhsullar ziyanlıdır”.


Həkim terapeft Rasif Bağırov da Bizim.Media-ya açıqlamasında elektron siqaretlərin siqaret asılılığını azaltması haqda iddialarla razılaşmadığını açıqlayıb:

“Onlar siqaret asılılığını azaltmır. Sadəcə iradəsi möhkəm olan adamlar elektron siqaret istifadə edərək, özlərini psixoloji cəhətdən aldadıb, siqareti tərgidə bilər. Amma bu zaman 100 faizlik nəticə gözlənilməsi əbəsdir”.

Qeyd edək ki, bir qədər Rusiya mediasına açıqlama verən Sankt-Peterburq Fftiziopulmonoloji Tədqiqat İnstitutunun tütünün istehlakdan çıxarılmasına kömək mərkəzinin rəhbəri Olga Suxovskaya gənclərin elektron siqaret aludəçiliyi ilə bağlı həyacan təbili çalıb:
 

“Həkimlər onları siqareti atmağın bir vasitəsi kimi tövsiyə etməməlidirlər. Onların tərkibində dadlandırıcılar, propilen qlikol və müxtəlif qatqılar var. Əlavə olaraq asılılıq yaradan nikotin". 


Mütəxəssis yeniyetmə və gənclərin istehsalçıların hədəfinə çevrildiyini vurğulayıb:

"Elektron siqaretlərə müxtəlif ləzzət qatqıları əlavə olunur ki, gənclər sınasınlar, təcrübə etsinlər. Beləliklə, istehlakçılar aludə olurlar, çünki nikotin psixoaktiv bir maddədir".

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO