Azərbaycan sərhədində süni İNSİDENTLƏR - Ermənistan cavabını ALACAQMI?

Azərbaycan sərhədində süni İNSİDENTLƏR - Ermənistan cavabını ALACAQMI?

Hazırda oxunan: Azərbaycan sərhədində süni İNSİDENTLƏR - Ermənistan cavabını ALACAQMI?

27229

“Son bir neçə ay ərzində Ermənistanın "təşəbbüsü" ilə Ermənistan-Azərbaycan dövlət sərhədində bəzi süni gərginliklər və insidentlər yaşanmaqdadır. Təbii ki, yaranmış bu gərginlik və ajiotaj təkcə region ölkələrini deyil, beynəlxalq təşkilatları da narahat etməkdədir. Əslində hər kəs yaxşı bilir ki, vəziyyət nədən ibarətdir?”

Bizim.Media xəbər verir ki, bu sözləri politoloq Samir Hümbətov “Facebook” hesabında qeyd edib.

Onun sözlərinə görə baş vermiş bu insidentdə Ermənistanın xüsusi "payı"nın nə qədər çox olması də hərkəs üçün aydındır:

“Ermənistanın üzv olduğu təşkilatlar da baş vermiş insidentlərə o qədər ciddi yanaşmamaqla yanaşı həm də bunu böyütməyə gərək olmadığını bildirirlər. KTMT Baş katibi Stanislav Zasın söylədiyi fikirləri də bu qəbildən qəbul etmək olar. O, Ermənistan-Azərbaycan dövlət sərhədində baş vermiş insidentlə bağlı məsələyə münasibət bildirərkən deyib ki, Ermənistanın cənubunda Azərbaycanla yeni sərhədin müəyyənləşdirilməsiylə əlaqədar olaraq situasiyanın gərginləşməsi sərhəd insidentidir və KTMT-nin kollektiv müdafiə haqqında nizamnaməsindəki müddəalara müvafiq deyil.

Stanislav Zasın söylədiklərindən belə qənaətə gəlmək olar ki, KTMT Ermənistana izah etmək istəyir ki, sən hər ağlına gələn hadisəni törədib, bizi də həmin hadisədə səni müdadiə etməyimiz üçün məcbur edə bilməzsən. Əgər sərhədlərini pozacaq hansısa hadisə yoxdursa, dilini şirin elə...”

Politoloq əlavə edib ki, KTMT-yə üzv ölkələrdə Belarus və Qazaxıstan Azərbaycanla sıx, siyasi, strateji, eləcə də iqtisadi əlaqələrə malikdir:

“Deməli Ermənistanın belə cavablar alacağı yenə də gözləniləndir. KTMT baş katibi Stanislav Zasın Ermənistanın ümidini belə qırması onu göstərdi ki, erməni yalanları "maraqlı nağıllar" siyahısından çıxmağa başlayıb”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO