Türkiyə F-16 qırıcıları hədəfləri işarələdi, Azərbaycanın Su-25-i dəqiq zərbə ilə vurdu - FOTO

Hazırda oxunan: Türkiyə F-16 qırıcıları hədəfləri işarələdi, Azərbaycanın Su-25-i dəqiq zərbə ilə vurdu - FOTO

27122

Türkiyə, Azərbaycan, Pakistan və Qətər Hərbi Hava Qüvvələrinin döyüş təyyarələrinin qatıldığı “Anadolu qartalı-2021” təlimlərinin gedişində möhtəşəm anlar yaşanıb.

Bizim.Media Türkiyə mətbuatına istinala xəbər verir ki, türk F-16 qırıcılarının işarələdiyi hədəflər Azərbaycanın Su-25 döyüş təyyarələri tərəfindən dəqiq zərbələrlə vurulub. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan hərbçiləri “Anadolu Qartalı - 2021” təlimində iştirak edəcək


Azərbaycan HHQ ilk dəfədir bu təlimlərə qatılır, Avropada yeganə taktiki hava təlim mərkəzi olan Anadolu Qartalı Tədris Mərkəzində keçirilən birgə təlimlər bu gün başa çatır. 

Təlimlərin döyüş atışlı hissəsində Türkiyə və Azərbaycan hərbi hava qüvvələrinin pilotlarının yüksək səviyyədə qarşılıqlı koordinasiya nümayiş etdirmələri izləyicilər tərəfindən yüksək qiymətləndirilib.

Belə ki, Türkiyə F-16 qırıcılarının pilotları hədəfləri lazerlə işarələyiblər və koordinatlarını Azərbaycanın Su-25 döyüş təyyarələrinin pilotlarına ötürüblər. Azərbaycan pilotları həmin hədəfləri yüksək dəqiqlikli aviabombalarla vurublar.

F-16 və Su-25 təyyarələri arasında bu cür qarşılıqlı koordinasiya ilk dəfə 2017-ci ilin yanvarında Suriyanın Əl-Bab bölgəsində Rusiya və Türkiyə hərbi hava qüvvələrinin İŞİD-ə qarşı birgə hava əməliyyatlarında tətbiq olunub. 

Bizim.Media

​​​​​​​

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO