Sürücüdən rüşvət aldığı iddia edilən polis cəzalandırıldı

Sürücüdən rüşvət aldığı iddia edilən polis cəzalandırıldı

Hazırda oxunan: Sürücüdən rüşvət aldığı iddia edilən polis cəzalandırıldı

26999

Rüşvət aldığı iddia edilən yol polisi əməkdaşı ilə bağlı araşdırma başa çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenatı Namidan Piriyev bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Yol polisinin gizli yerdə dayanıb cərimə yazması ilə bağlı RƏSMİ CAVAB  


O deyib ki, yol polisi əməkdaşı cəzalandırılıb: “Həmin əməkdaşın rüşvət alması ilə bağlı iddialar təsdiqlənməyib.

Lakin o, xidməti vəzifəsini yerinə yetirən zaman sürücü ilə lüzumsuz danışıqlara və yersiz hərəkətlərə yol verdiyinə görə intizam qaydasında cəzalandırılıb”.

Qeyd edək ki, sosial şəbəkələrdə Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində yol polisi əməkdaşının qaydaları pozan avtomobil sürücüsünü saxlayaraq ondan rüşvət aldığı iddia edilmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO