Sabah 6 minə yaxın abonentin qazı kəsiləcək

Sabah 6 minə yaxın abonentin qazı kəsiləcək

Hazırda oxunan: Sabah 6 minə yaxın abonentin qazı kəsiləcək

269704

Sabah Lənkəran və Astara rayonlarında 6 minə yaxın abonentin qaz təchizatı dayandırılacaq.

Bu barədə Bizim.Media-ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
 

Bildirilib ki, Astara rayonu ərazisində, Pensər kəndindən Kijəbə qəsəbəsinədək uzanan qaz kəmərinin kipliyə yoxlanılması məqsədilə sentyabrən 11-də saat 10:00-dan işlər yekunlaşanadək Vaqo, Lələkəpeştə, Təngərüd, Maşxan kəndlərinin, həmçinin Kijəbə qəsəbəsinin bir hissəsinin qaz təchizatı dayandırılacaq.


Qaz təchizatının dayandırılması ümumilikdə 1 695 abonentə təsir edəcək.

Eyni tarixdə və saatda Lənkəran rayonu ərazisində yerləşən Rvo qaz paylayıcı stansiyasında qaz tənzimləyici və sərfölçmə qurğularında aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması ilə əlaqədar olaraq, Qurunba, Şağlaküçə, Bəlləbur, Kərgəlan, Lüvəsər, Darquba, Səbir, Talışlı, Ləj, Haftoni və Xanlıqlı kəndləri daxil olmaqla 11 yaşayış məntəqəsində, təxminən 4 100 abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO