Paşinyanın partiyası indidən vəzifə “paylayır” – DETALLAR 

Paşinyanın partiyası indidən vəzifə “paylayır” – DETALLAR 

Hazırda oxunan: Paşinyanın partiyası indidən vəzifə “paylayır” – DETALLAR 

26656

Ermənistanın hakim “Vətəndaş müqaviləsi" partiyası əsas vəzifələri fəal şəkildə paylamağa başlayıb. 

Bizim.Media xəbər verir ki, bu məlumatı Joxovurd qəzeti yayıb. 

Mənbə yazır ki, deputatlar Ayk Konjoryan və Arpi Davoyan parlamentdəki iqtidar fraksiyasının rəhbəri vəzifəsinə iddia edirlər, baxmayaraq ki, fraksiyadakılar sonuncunun namizədliyindən məmnun deyillər.  

Fraksiyanın hazırkı başçısı Lilit Makuntsun tezliklə səfir kimi Vaşinqtona gedəcəyi məlumdur. 

Parlament sədrinin kreslosu da mübahisəli sümükdür. Bu yerə spiker vəzifəsini icra edən Ararat Mirzoyan, müavini Alen Simonyan, Ərazi İdarəetmə və İnfrastruktur naziri Suren Papikyan iddialıdır. Ancaq partiya bu postu Mirzoyan üçün saxlamağa daha çox meyllidir. 

Bundan əlavə, qəzetin yazdığına görə, xarici əlaqələr komissiyasının hazırkı rəhbəri Ruben Rubinyan üç vitse-spikerdən biri ola bilər. Ona əvvəllər Xarici İşlər Naziri vəzifəsi vəd edilmişdi, lakin bu fikir bir çoxları, o cümlədən Ermənistanın xarici tərəfdaşları arasında bəyənilmədi. İndi isə ona vitse-spiker vəzifəsi verilə bilər. Xarici əlaqələr komissiyasına isə dövlət və hüquq məsələləri üzrə komissiyanın hazırkı rəhbəri Vladimir Vardanyanın rəhbərlik etmək şansı var. 

Ancaq bütün bunlar indiyə qədər yalnız müzakirə səviyyəsindədir. Nikol Paşinyan partiyadakı müzakirələri hələ səssizcə izləyir, yalnız Makuntsla əlaqə saxlayır. 

"İravunk" qəzeti isə öz növbəsində mənbələrinə istinad edərək güc strukturunda kadr dəyişikliyinin baş verə biləcəyini yazır.  

Xüsusilə, Polis şefi Vaqe Qəzaryan bu vəzifədə Armen Abazyanı əvəzləyərək Milli Təhlükəsizlik Xidmətinə rəhbərlik edəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO