Lənkəranda faciəvi şəkildə həyatını itirən 18 yaşlı Tohid idmançı İMİŞ – TƏFƏRRÜAT

Lənkəranda faciəvi şəkildə həyatını itirən 18 yaşlı Tohid idmançı İMİŞ – TƏFƏRRÜAT

Hazırda oxunan: Lənkəranda faciəvi şəkildə həyatını itirən 18 yaşlı Tohid idmançı İMİŞ – TƏFƏRRÜAT

265974

Lənkəranda 18 yaşlı gəncin süni göldə boğulması ilə bağlı bəzi təfərrüatlar məlum olub.
 

MÖVZU İLƏ BAĞLI:

Lənkəranda yeniyetmə süni göldə boğuldu – FOTO


Bizim.Media-nın yerli bürosunun əldə etdiyi məlumata görə, kənd sakini, 18 yaşlı Tohid Ələsgərov idmanın güləş növü ilə məşğul olub.

O, hər səhər dostları ilə dağlarda qaçış edərək sözügedən gölün kənarına gəlib, əl-üzünü yuyurmuş. Bu gün də ənənəsinə uyğun olaraq dostları ilə qaçışdan sonra gölə gələn gənc su içmək və üzünü yumaq istəyərkən ayağı sürüşüb və gölə düşüb. Gölün dərin olması səbəbindən o, boğularaq həyatını itirib.

Qeyd edək ki, Tohid Ələsgərov ailənin tək oğlan övladı olub.

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO