Netanyahu ittihamları RƏDD ETDİ – “Məqsədimiz soyqırımı olsa idi...”

Netanyahu ittihamları RƏDD ETDİ – “Məqsədimiz soyqırımı olsa idi...”

Hazırda oxunan: Netanyahu ittihamları RƏDD ETDİ – “Məqsədimiz soyqırımı olsa idi...”

265326

İsrailin Baş naziri Benyamin Netanyahu müxtəlif qeyri-hökumət təşkilatlarını (QHT) HƏMAS-ın “qaralama və yalan yayma kampaniyasını” qızışdırmaqda ittiham edib.

Bizim.Media xəbər verir ki, Netanyahu amerikalı aparıcı Mark Levinin radio proqramına müsahibəsində bu barədə danışıb.

İsrailin Baş nazirinin sözlərinə görə, bu kampaniyanın arxasında “Antifa” aksiyalarını təşkil edənlər və digər “çoxsaylı anti-İsrail, həmçinin anti-Amerika etirazlarının iştirakçıları” dayanır. Onun sözlərinə görə, bu prosesdə Qətər, İran, “Soros Fondu” və dünyanın digər qüvvələri də rol oynayır.

Netanyahu vurğulayıb ki, İsrail ilk gündən əks siyasət yürüdərək Qəzzaya ərzaq və tibbi yardım göndərib: 

“Əgər məqsədimiz soyqırımı olsaydı, biz Drezdendə olduğu kimi bombardmanlar həyata keçirə bilərdik. Ancaq biz müharibəni belə aparmırıq”.

Baş nazir danışıqların dalana dirənməsinə toxunaraq əsas məqsədinin bütün girovları azad etmək və eyni zamanda HƏMAS-ı məhv etmək olduğunu bildirib: 

“Bu, həm Qəzza sakinlərinə, həm də israillilərə daha yaxşı gələcək təmin edəcək”.

O, həmçinin HƏMAS-ı ələ keçirilmiş humanitar yardımdan “öz sıralarını gücləndirmək və uşaqları döyüşlərdə iştirak etmək üçün oğurlamaq”da ittiham edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO