Vatsapda statuslarla bağlı yeni funksiya

Vatsapda statuslarla bağlı yeni funksiya

Hazırda oxunan: Vatsapda statuslarla bağlı yeni funksiya

265241

Vatsap Android üçün buraxılmış beta versiyasında “Haqqında” bölməsində vaxt təyin edilmiş status funksiyasını sınaqdan keçirməyə başlayıb.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, yeni funksiya istifadəçilərə profil təsvirinə vaxt əlavə etməyə imkan verir.

Bununla da təyin edilmiş müddət bitən kimi həmin status avtomatik silinəcək.

Beləliklə, köhnə və ya müvəqqəti məlumatlar profil səhifəsində artıq yer tutmayacaq.
 

Yeni zamanlama mexanizmi ilə paylaşılan statuslar 30 dəqiqə ilə bir gün arasında görüləcək. Daha çox çevikliyə üstünlük verənlər üçün isə bir aya qədər müddət təyin etmək mümkün olacaq.


İstifadəçilər statusu müddəti bitməzdən əvvəl dəyişdirə və ya silə bilərlər.

“Haqqında” qeydlərinə emojilər əlavə etmək üçün də dəstək var .

Bu funksiyanın sınaq müddətindən sonra tədricən bütün istifadəçilərə təqdim ediləcəyi gözlənilir. (Qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO