PSJ UEFA Superkubokunu qazandı – VİDEO

PSJ UEFA Superkubokunu qazandı – VİDEO

Hazırda oxunan: PSJ UEFA Superkubokunu qazandı – VİDEO

265110

UEFA Superkubokunun qalibi bəlli olub.

Bizim.Media xəbər verir ki, titulun sahibi Fransanın PSJ və İngiltərənin "Tottenhem" komandaları arasında keçirilən oyundan sonra müəyyənləşib.

İtaliyanın Udine şəhərində yerləşən "Friuli" stadionunda təşkil olunan matçın əsas vaxtı 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Penaltilər seriyasında 4:3 hesabı ilə qalib gələn PSJ Superkubokun qalibi adını qazanıb.

Matçı portuqaliyalı baş hakim Joau Pineyru idarə edib. Görüşün dördüncü hakimi isə azərbaycanlı FIFA referisi Elçin Məsiyev olub.

Qeyd edək ki, PSJ ötən mövsüm Çempionlar Liqasını, "Tottenhem" isə Avropa Liqasını qazanmışdı.

 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO