Çavuşoğlu G20 ölkələri XİN başçılarının iclasına qatılacaq

Çavuşoğlu G20 ölkələri XİN başçılarının iclasına qatılacaq

Hazırda oxunan: Çavuşoğlu G20 ölkələri XİN başçılarının iclasına qatılacaq

26510

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iyunun 29-da İtaliyanın Materna şəhərində keçiriləcək G20 ölkələri XİN başçılarının iclasında iştirak edəcək. 

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 

Tədbirdə COVID-19 pandemiyası və buna bənzər gələcək çağırışlar kontekstində çoxtərəfli və qlobal idarəetmənin əhəmiyyəti və beynəlxalq əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi aparılacaq. 

Eyni zamanda, təhsil, iqlim dəyişikliyi, urbanizasiya və miqrasiya kimi mövzular çərçivəsində Afrikanın davamlı inkişafı üçün birgə səylərin müzakirəsi də nəzərdə tutulur. 

Türkiyə XİN başçısı ikitərəfli görüşlər də keçirəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO