Bu təyyarələrdə “powerbank” istifadə etmək qadağan edildi

Bu təyyarələrdə “powerbank” istifadə etmək qadağan edildi

Hazırda oxunan: Bu təyyarələrdə “powerbank” istifadə etmək qadağan edildi

265016

Türkiyənin "AJet" aviasiya şirkəti uçuş zamanı təyyarələrdə daşınan enerji yığan cihazların ("powerbank") istifadəsini qadağan edib.

Bizim.Media xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Qərar Türkiyənin Mülki Aviasiya Baş İdarəsinin (SHGM) tövsiyəsinə əsasən qəbul edilib.
 

Qərara əsasən, tutumu 100 vat/saata qədər olan litium batareyalı "powerbank"lar, elektron siqarətlər və ehtiyat batareyalar yalnız əl yükündə daşına biləcək, lakin uçuş zamanı işlədilməyəcək. 100-160 vat/saat tutumlu batareyalar üçün aviaşirkətdən xüsusi icazə alınacaq. 160 vat/saatdan artıq tutuma malik batareyalar isə sərnişin baqajında daşınmayacaq, yalnız müəyyən şərtlərlə yük kimi qəbul ediləcək.


Qərar İstanbul–Seul reysində baş verən hadisədən sonra qəbul edilib. Həmin uçuşda sərnişinlərdən birinin "powerbank" cihazı oturacaq arasına düşüb, nəticədə təyyarə İstanbul Hava Limanına geri dönüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO