Bir qrup rusiyalı deputat təhsil naziri Sergey Kravtsova müraciət edərək, Rusiyada məktəblərdə eyni sinifdə bir nəfərdən artıq miqrant uşağının oxumasının qanunvericilik səviyyəsində qadağan edilməsini təklif edib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.
“Möhtərəm Sergey Sergeyeviç, xahiş edirik, qeyd olunan təşəbbüsün həyata keçirilməsinin məqsədəuyğunluğunu qiymətləndirəsiniz və əgər dəstəkləyirsinizsə, Təhsil Nazirliyinin aidiyyəti departamentlərinə Rusiya Federasiyasının qanunvericiliyinə müvafiq dəyişikliklərin hazırlanmasını tapşırmağınızı təmin edəsiniz”, – deputat müraciətində qeyd olunub.
Xatırladaq ki, Rusiya Dövlət Dumasına həmçinin miqrant uşaqları üçün pulsuz təhsilin qadağan edilməsi və ödənişli təhsilin tətbiqi ilə bağlı qanun layihəsi də təqdim edilib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
10:04 / 13.08.2025
Rusiyadan miqrant uşaqlara qarşı SƏRT ADDIM
Hazırda oxunan: Rusiyadan miqrant uşaqlara qarşı SƏRT ADDIM
Hazırda oxunan: Rusiyadan miqrant uşaqlara qarşı SƏRT ADDIM
264942
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.