Putinin Alyaska səfərinə ABŞ-dan xüsusi icazə alınacaq

Putinin Alyaska səfərinə ABŞ-dan xüsusi icazə alınacaq

Hazırda oxunan: Putinin Alyaska səfərinə ABŞ-dan xüsusi icazə alınacaq

264736

Rusiya prezidenti Vladimir Putinin olduğu təyyarənin Alyaska üzərindən uçuşu, təhlükəsizlik məqsədilə ABŞ hakimiyyət orqanları ilə razılaşdırılacaq. Güman edilir ki, təyyarə Çukotkadan Berinq boğazı üzərindən uçacaq.

Bizim.Media xəbər verir ki, bunu TASS-a Moskva Dövlət Hüquq Akademiyasının Beynəlxalq Xüsusi Hüquq kafedrasının müdiri Vladimir Kanaşevski bildirib.
 

“Rusiya Federasiyası prezidentinin ABŞ ərazisi üzərindən uçuşu və onun Alyaskaya enişi üçün ayrıca icazə diplomatik kanallar vasitəsilə alınacaq”, – deyə o qeyd edib.


Bundan əvvəl məlumat verilmişdi ki, ABŞ Putin və Trampın Alyaskada görüşəcəyi gün Ankoric üzərində hava məkanını bağlayacaq.

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın görüşü 15 avqustda Alyaskada keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO