ABŞ Fələstini tanımayacaq

ABŞ Fələstini tanımayacaq

Hazırda oxunan: ABŞ Fələstini tanımayacaq

264162

ABŞ Fələstini tanımaqdan imtina edərək HƏMAS-ın məhv edilməsinin bir daha vacibliyini bəyan edib.

Bizim.Media “Reuters”ə istinadən xəbər verir ki, ABŞ-nin vitse-prezidenti Cey Vens Fələstində fəaliyyət göstərən hökumət olmadığı üçün Vaşinqtonun Fələstin dövlətini real tanınmasının mümkün olmadığını bildirib.
 

O, əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdə nəyə nail olmaq istədiyini çox aydın şəkildə qeyd edib.


“İstəyirik ki, HƏMAS İsraildə günahsız insanlara hücum edə bilməsin.
 

Buna isə, HƏMAS-ın kökünü kəsməklə nail olmaq mümkündür. ABŞ Prezidenti Qəzzadakı humanitar böhranın dəhşətli görüntülərindən çox təsirlənir.


Ona görə də biz bu problemi həll etmək istəyirik”, - deyə Vens qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO