Hökumə atası ilə eyni gündə doğulubmuş - “60 yaşımı qızım olmadan tamamladım” - FOTO

Hökumə atası ilə eyni gündə doğulubmuş - “60 yaşımı qızım olmadan tamamladım” - FOTO

Hazırda oxunan: Hökumə atası ilə eyni gündə doğulubmuş - “60 yaşımı qızım olmadan tamamladım” - FOTO

264136

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın doğum günüdür. Qeyd edək ki, o, Aktau şəhərində qəzəya uğrayan AZAL-a məxsus təyyarədə stüardessa kimi fəaliyyət göstərirdi, yaşasaydı bu gün 34-cü doğum gününü qeyd edəcəkdi.
 

MÖVZU İLƏ BAĞLI

Milli Qəhrəman Hökumə Əliyevanın DOĞUM GÜNÜDÜR



Bizim.Media "Modern.az"a istinadən xəbər verir ki, Hökumə Əliyevanın atası Cəlil Alıyev bu gün Hökuməyə həsr olunan xüsusi guşənin də açılışı olduğunu bildirib:
 

“Evinin 2 otağını Hökuməyə həsr olunan guşəyə çevirmişik. Onun bütün əşyaları, bütün şəkillərini - uşaqlıqdan indiyədək – həmin guşədə yerləşdirmişik.


Samux rayonun Aluşağı kəndində yerləşir, kim istəyirsə gəlib ziyarət edə bilər”.

Cəlil Alıyev Hökumənin ona aldığı xüsusi əşya haqqında da danışıb:
 

“Onun bütün əşyaları mənim üçün dəyərlidir. Hər əşyası əzizidir, onu xatırladır. Təzyiqim olduğu üçün xüsusi daşlardan düzəldilən sep almışdı ki, həmişə taxım. O hədiyyəni ömür boyu saxlayacağam”.


“Bu gün mənim də ad günümdür, 60 yaşımı qızım olmadan tamamladım.

Sonuncu dəfə iki il əvvəl Bakıda birlikdə ad günümüzü qeyd etmişdik. O, təmtəraq sevən qız deyildi, öz işi ilə məşğul olurdu, işinə gedib-gəlirdi. Təsadüfü xüsusi günlərdə gəzintilərə çıxardıq”- deyə C. Alıyev bildirib.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO