66 azərbaycanlı gənc ABŞ-ın top universitetlərinə qəbul oldu

66 azərbaycanlı gənc ABŞ-ın top universitetlərinə qəbul oldu

Hazırda oxunan: 66 azərbaycanlı gənc ABŞ-ın top universitetlərinə qəbul oldu

264124

Növbəti tədris ilində “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində daha 66 azərbaycanlı gənc ABŞ-də təhsil alacaq.

Bizim.Media xəbər verir ki, onların 44-ü dünyanın ən nüfuzlu 10 universitetinin siyahısında yer alan ali təhsil müəssisəsinə qəbul olub.

Statistikaya görə, proqram iştirakçıları aşağıdakı universitetlərdə təhsil alacaqlar:

•    Kaliforniya Universiteti, Berkeley (University of California, Berkeley) – 16 nəfər

•    Kolumbiya Universiteti (Columbia University) – 14 nəfər

•    Con Hopkins Universiteti (Johns Hopkins University) – 8 nəfər

•    Stanford Universiteti (Stanford University) – 4 nəfər

•    Çikaqo Universiteti (University of Chicago) – 4 nəfər

•    Karnegi Mellon Universiteti (Carnegie Mellon University) – 4 nəfər

•    Yale Universiteti (Yale University) – 4 nəfər

•    Micigan Universiteti – Enn Arbor (University of Michigan-Ann Arbor) – 3 nəfər

•    Massaçusets Texnologiya İnstitutu (Massachusetts Institute of Technology – MIT) – 2 nəfər

•    Kaliforniya Universiteti - Los Anceles (University of California, Los Angeles – UCLA) – 2 nəfər

•    Manhattan Musiqi Məktəbi (Manhattan School of Music) – 2 nəfər

•    Pensilvaniya Universiteti (University of Pennsylvania) – 2 nəfər

•    Harvard Universiteti (Harvard University) – 1 nəfər

•    Duke Universiteti (Duke University) – 1 nəfər

Dövlət Proqramı çərçivəsində əvvəlki illərdə ABŞ-də təhsil alanların sayı belə olub:

•    2022/2023 – 26 nəfər

•    2023/2024 – 51 nəfər

•    2024/2025 – 109 nəfər

Qeyd edək ki, 2022/2023-cü tədris ilindən bu günə qədər 252 azərbaycanlı gənc ABŞ-dəki universitetlərə qəbul olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO