Bakı metrosunda uşaq DÜNYAYA GƏLDİ

Bakı metrosunda uşaq DÜNYAYA GƏLDİ

Hazırda oxunan: Bakı metrosunda uşaq DÜNYAYA GƏLDİ

264023

Bu gün saat 07:40 radələrində Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında bir qadın uşaq dünyaya gətirib. 

Bizim.Media xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” məlumat yayıb.
 

Hadisə zamanı stansiya əməkdaşları tərəfindən ona ilkin yardım göstərilib. Çağırılmış təcili tibbi yardım briqadası stansiyaya gələrək zəruri tibbi müdaxilə edib.


Qadın sağlam şəkildə övladını dünyaya gətirib. 

İlkin məlumata əsasən, ana və körpənin vəziyyəti qənaətbəxş hesab olunur. Onlar saat 08:06-da stansiyadan xəstəxanaya aparılıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO