Sumqayıtda 22 yaşlı gənc bıçaqlandı - Saxlanılan var

Sumqayıtda 22 yaşlı gənc bıçaqlandı - Saxlanılan var

Hazırda oxunan: Sumqayıtda 22 yaşlı gənc bıçaqlandı - Saxlanılan var

263991

Sumqayıt şəhərində 22 yaşlı gənc boynundan bıçaqlanıb.

Bizim.Media xəbər verir ki, hadisə şəhərin 2-ci mikrorayon ərazisində yerləşən telefon mağazalarından birində baş verib.

Mağazada satıcı işləyən 2003-cü il təvəllüdlü Hüseynov Aqil Salim oğlu naməlum şəxs tərəfindən boynundan bıçaqlanıb.

Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, saat 21:30 radələrində kişi cinsli 1 nəfər Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

2003-cü il təvəllüdlü şəxsə boyun nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu təyin olunub.
 

Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi tibb müəssisəsinin reanimasiya şöbəsində davam etdirilir.


DİN Mətbuat Xidmətindən isə bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən 33 yaşlı R.Məmmədov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. (Report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO