Qəbələdə xarici turistlər bu səbəbdən qəzaya düşüb - FOTO

Qəbələdə xarici turistlər bu səbəbdən qəzaya düşüb - FOTO

Hazırda oxunan: Qəbələdə xarici turistlər bu səbəbdən qəzaya düşüb - FOTO

263366

Xəbər verdiyimiz kimi, bu gün günün ikinci yarsında Qəbələnin Laza kəndində istirahət edən bir qrup xarici ölkə vətəndaşı kvadrosikl kimi tanınan idman nəqliyyat vasitələrini idarə edərkən bir-biri ilə toqquşub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ilkin məlumatlara görə, kiçikhəcmli nəqliyyt vasitələrini idarə edən qadınlar olub və hər ikisində də əlavə sərnişin oturub.
 

İlk dəfə sükan arxasında oturan qadınlar sürət həddini aşdığından kvadrosikl idarəetmədən çıxaraq qarşıdan gələn digəri ilə toqquşub.


Nəticədə hər iki sürücü və onların sərnişinləri müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
 

Hadisə yerinə dərhal Təcili Tibbi yardım briqadası cəlb olunub və ilkin tibbi yardımdan sonra turistlər Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.


Xəstəxanada onlar müayinədən keçirilib və müalicələri başlanılıb. Həkimlər yaralıların vəziyyətlərini orta-ağır olaraq qiymətləndirir.

Qeyd edək ki, qəzaya düşənlərin 3-ü qadın, 1-i kişi olub.



Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO