Abşeronda 22 yaşlı gəlinin qətlə yetirilməsinin TƏFƏRRÜATI

Abşeronda 22 yaşlı gəlinin qətlə yetirilməsinin TƏFƏRRÜATI

Hazırda oxunan: Abşeronda 22 yaşlı gəlinin qətlə yetirilməsinin TƏFƏRRÜATI

262210

Bakıda qətl hadisəsi baş verib.

Bizim.Media xəbər verir, 22 yaşlı Günay Məmmədova qətlə yetirilib. Onun qətlində həyat yoldaşı şübhəli bilinir.

Mərhumun iki azyaşlı övladının olduğu qeyd edilib.

Qeyd edək ki, G.Məmmədova əslən Salyan rayonundandır.

Hadisənin Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində baş verməsi məlum olub.
 

Bildirilib ki, iyulun 27-si saat 02 radələrində Zaqatala rayon sakini 1993-cü il təvəllüdlü Məhəmməd Ramazan oğlu Daşdəmirov kirayədə yaşadığı Aşağı Güzdək qəsəbəsindəki evdə qısqanclıq zəminində həyat yoldaşı 2002-ci il təvəllüdlü Günay Rövşən qızı Məmmədovanı boğaraq öldürüb.


M.Daşdəmirov hadisədən sonra könüllü olaraq Zaqatala RPŞ-yə gedib və polisə təslim olub.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO