Kamboca Tailand ilə atəşkəs razılaşmasını təsdiqlədi

Kamboca Tailand ilə atəşkəs razılaşmasını təsdiqlədi

Hazırda oxunan: Kamboca Tailand ilə atəşkəs razılaşmasını təsdiqlədi

261853

Kamboca və Tailand ABŞ prezidenti Donald Trampın birbaşa vasitəçiliyi ilə dərhal və qeyd-şərtsiz atəşkəs haqqında razılığa gəliblər.

Bizim.Media xəbər verir ki, bu barədə Kambocanın baş naziri Hun Manet iyulun 26-da axşam Trampla telefon danışığından sonra məlumat verib.

Onun sözlərinə görə, Amerika lideri münaqişədə insan itkiləri ilə bağlı ciddi narahatlığını ifadə edib və sülhə sadiqliyini bir daha təsdiqləyib:

"O, hər iki tərəfdən daha çox ölüm və yaralanmalara səbəb olacaq hər hansı bir müharibə və ya döyüş görmək istəmir. ABŞ prezidentinin bütün dünyada sülh səylərinə vasitəçilik təcrübəsi var".

Telefon danışığı zamanı Kambocanın baş naziri Amerika liderini məlumatlandırıb ki, Pnompen Kamboca və Tailand qüvvələri arasında dərhal və qeyd-şərtsiz atəşkəs təklifi ilə tam razıdır.
 

Tramp Tailandın baş naziri vəzifəsini icra edən Phumtham Veçayaçai ilə danışdıqdan sonra Hun Manetə deyib ki, Tailand hökuməti də atəşkəs təklifi ilə razılaşıb.


Atəşkəs razılaşmalarının tez bir zamanda həyata keçirilməsini təmin etmək üçün Kambocanın baş naziri müavini və xarici işlər naziri Prak Sokhona ABŞ dövlət katibi Marko Rubio və tailandlı həmkarı Marit Sanqiamponqla birbaşa əlaqələndirmə aparmağı tapşırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO