Ərəb klubu isveçli hücumçuya fantastik maaş TƏKLİF ETDİ

Ərəb klubu isveçli hücumçuya fantastik maaş TƏKLİF ETDİ

Hazırda oxunan: Ərəb klubu isveçli hücumçuya fantastik maaş TƏKLİF ETDİ

261832

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu “Nyukasl”ın hücumçusu Aleksander İsaka həftəlik 600 min funt-sterlinq təklif edib.

Bizim.Media xəbər verir ki, bu barədə İngiltərə mətbuatı yazır.

25 yaşlı hücumçu “Nyukasl”ın rəhbərliyinə karyerasını başqa klubda davam etdirmək variantlarını nəzərdən keçirmək istədiyini bildirib. “Liverpul” Huqo Ekitikenin transfer edilməsinə baxmayaraq, isveçli forvarda da maraq göstərir. İngiltərə mətbuatının iddialarına inansaq, futbolçunun özü də Mersisayd klubuna keçməyə hazırdır.

“Guardian” nəşri isə iddia edir ki, “Əl-Hilal” hücumçuya həftəlik 600 000 funt məbləğində müqavilə təklif edib. Üstəlik, bu məbləğdən vergi tutulmayacaq. Bununla yanaşı, əlavə sərfəli bonuslar da nəzərdə tutulur. “Nyukasl”da futbolçu həftəyə 120 min funt-sterlinq qazanır.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO