"Neftçi" qapıçı transferini RƏSMİLƏŞDİRDİ

"Neftçi" qapıçı transferini RƏSMİLƏŞDİRDİ

Hazırda oxunan: "Neftçi" qapıçı transferini RƏSMİLƏŞDİRDİ

261803

“Neftçi” qapıçı transferini rəsmiləşdirib.

Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bosniya və Herseqovina millisinin qolkiperi Kenan Piriç artıq "ağ-qaralar"ın üzvüdür. 31 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlanıb. Onun son klubu Türkiyənin “Antalyaspor” komandası olub.

Vətənindən başqa, Belçika, Sloveniya, Yunanıstan, Türkiyə və Kipr liqalarında oynayan Piriç 2 dəfə Bosniya və Herseqovina (2016/17, 2017/18), 1 dəfə isə Sloveniya (2018/19) çempionu olub. O, 2 dəfə Bosniya və Herseqovina (2016/17, 2017/18), 1 dəfə Sloveniya (2018/19) və Yunanıstan (2023/24) çempionatlarında mövsümün qapıçısı seçilib. Milli komandanın heyətində 8 oyun keçirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO