Rövşən Mehdiyev həbsdən buraxıldı

Rövşən Mehdiyev həbsdən buraxıldı

Hazırda oxunan: Rövşən Mehdiyev həbsdən buraxıldı

261574

Dələduzluq ittihamı ilə həbs olunan tanınmış iş adamı Rövşən Mehdiyev azadlığa çıxıb. 

Bizim.Media xəbər verir ki, bu barədə məhkəmə qərar qəbul edib.

Qərara əsasən, Rövşən Mehdiyev ev dustaqlığına buraxılıb.

Qeyd edək ki, R.Mehdiyev dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən “Caspian Energy Club”un Qırğızıstan nümayəndəliyinin rəhbəridir. O, həmçinin Çində “Falson”, Qırğızıstanda “Brok Magistr”, Türkiyədə “AEMİ” şirkətlərinin, 2022-ci ildə Azərbaycanda yaradılmış “Union Logistika” şirkətinin təsisçisidir.
 

İş adamı məhz “Union Logistika” ilə bağlı cinayət məsuliyyətinə cəlb olunub. Belə ki, müştərilər Çindən aldıqları müxtəlif məhsulları şirkətə təhvil versələr də, malları onlara çatdırılmayıb.


Faktla bağlı polis tərəfindən aparılan istintaq nəticəsində Rövşən Mehdiyev 2025-ci ilin yanvarında həbs olunmuşdu. (Qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO