AZAL təyyarəsinin vurulmasında iştirak edən rus hərbçilərinin adları AÇIQLANDI SENSASİON ARAŞDIRMA – VİDEO

AZAL təyyarəsinin vurulmasında iştirak edən rus hərbçilərinin adları AÇIQLANDI SENSASİON ARAŞDIRMA – VİDEO

Hazırda oxunan: AZAL təyyarəsinin vurulmasında iştirak edən rus hərbçilərinin adları AÇIQLANDI SENSASİON ARAŞDIRMA – VİDEO

261457

2024-cü il dekabrın 25-də Azərbaycan Hava Yollarına (AZAL) məxsus Embraer 190 təyyarəsinin Rusiya tərəfindən vurulması ilə bağlı “Minval Politika” resursunun apardığı araşdırma sensasion faktları üzə çıxarıb.

Bizim.Media xəbər verir ki, araşdırmada Rusiya hərbi komandanlığına məxsus konkret adlar və təfərrüatlar təqdim olunub.

Təyyarəyə zərbənin endirilməsində adı hallanan şəxslər bunlardır:

• Kapitan Dmitri Yevgenyeviç Pudovkin – 51-ci Hava Hücumundan Müdafiə (PVO) diviziyasının döyüş idarəetmə qrupunun baş naviqatoru;

• Podpolkovnik Vladimir Viktoroviç Yanovski – Cənub Hərbi Dairəsinin əməliyyat növbətçisi;

• Polkovnik Gennadi Nikolayeviç Yeremenko – 4-cü Qvardiya Hərbi Hava Qüvvələri və PVO ordusunun döyüş komandanlığı növbətçisi.

Raketin buraxılmasına əmr verən şəxs:

Əsas qərarın general-polkovnik Aleksandr Tolopilo tərəfindən verildiyi bildirilir. O, 51-ci PVO diviziyasının komandiri olub və məhz onun əmri ilə raket atılıb. Hadisədən sonra isə Tolopilo məsuliyyəti öz üzərindən atmağa cəhd göstərərək, “raketlərin avtomatik öz-özünə məhv olduğunu” iddia edib. Daxili istintaq bu versiyanı təkzib etsə də, Tolopilo heç bir cəza almayıb, əksinə, vəzifədə irəlilədiyi deyilir.



“Minval Politika” redaksiyası vurğulayıb ki, hadisə ilə bağlı bütün şəxsi məlumatlar və əlaqə vasitələri Azərbaycan hüquq-mühafizə orqanlarına təqdim edilib. Araşdırma nəticəsində əldə edilən faktlara Rusiya tərəfi hələ də rəsmi münasibət bildirməyib, heç bir təkzib və cavab verilməyib.

Redaksiyadan sərt açıqlama:

“Minval Politika”nın baş redaktoru Emil Mustafayev bildirib:

“Rəsmi Moskva təqdim etdiyimiz sənədlərə reaksiya verməyib. Bu səssizlik göstərir ki, məlumatlarımız doğrudur və onların deyəcək sözü yoxdur”.

Redaksiya həmçinin qeyd edib ki, Tolopilo və digər hərbçilərlə birbaşa əlaqə qurmağa çalışıblar, lakin zənglər “+994” nömrələrindən gəldiyi üçün cavabsız qalıb.

Jurnalistlər Rusiya ictimaiyyətini və media nümayəndələrini bu məsələni diqqətlə izləməyə, Prezident Aparatı, Müdafiə Nazirliyi və Baş İstintaq Komitəsi qarşısında məsələ qaldırmağa çağırırlar.
 

Qeyd edək ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsi Rusiya hava məkanına daxil olduqdan sonra raketlə vurulub. Hadisə nəticəsində təyyarədə olan bütün şəxslər həlak olub. Bu insident Azərbaycan ictimaiyyətində və beynəlxalq səviyyədə ciddi rezonansa səbəb olub.


Məsələ ilə bağlı araşdırmalar davam edir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO