Priamuryedə radarlardan itən və nəzarət nöqtəsində əlaqəyə çıxmayan An-24 təyyarəsinin gövdəsi yanar vəziyyətdə aşkar edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya FHN-in mətbuat xidməti məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Rusiyada An-24 təyyarəsi radardan itib – Göyərtəsində 49 nəfər olub
“Rosaviatsiyaya məxsus Mi-8 helikopteri ilə aparılan axtarış zamanı təyyarənin yanan gövdəsi aşkar edilib. Hazırda yanğın davam edir. Xilasedicilər hadisə yerinə doğru irəliləyirlər”, – deyə rəsmi açıqlamada bildirilir.
Rusiya FHN-in regional idarəsinin verdiyi məlumata görə, An-24 tipli təyyarə Tında rayonu yaxınlığında radarlardan itib və Mi-8 helikopterinin köməyi ilə onun gövdəsi tapılıb.
Təyyarənin göyərtəsində 43 sərnişin (onlardan beşi uşaq) və altı ekipaj üzvü olub.
Bizim.Media