Məhkəmə zalından azadlığa buraxıldı - GÜNAHI NƏ OLUB?

Məhkəmə zalından azadlığa buraxıldı - GÜNAHI NƏ OLUB?

Hazırda oxunan: Məhkəmə zalından azadlığa buraxıldı - GÜNAHI NƏ OLUB?

261252

Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Nəriman Tahirovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Bizim.Media xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona şərti cəza verilib və iclas zalından dərhal həbsdən azad olunub.

İttihama görə, hadisə 2024-cü ilin oktyabrında paytaxt ərazisində yerləşən restoranlardan birinin qarşısında qeydə alınıb.
 

Belə ki, Nəriman Tahirov tanışı Cəmilə Səmədova (ad-soyad şərtidir) ilə birgə zərərçəkmiş İlham Kərimzadə (soyadı şərtidir) ilə görüşüb. O, əvvəllər Cəmilə ilə sevgili olan İlhamdan qadından uzaq durmasını tələb edib.


Bu zaman zərərçəkmiş onu təhqir edib. Nəriman İlhamın sifətinə yumruqla bir dəfə vurub. Zərərçəkmiş yıxılaraq bədən xəsarətləri alıb.

Hadisədən sonra Nəriman Tahirov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO