Almaniyanın daxili işləri naziri Aleksandr Dobrindtin əvvəlcə göyərtəsində olduğu Almaniya Hərbi Hava Qüvvələrinə məxsus hökumət təyyarəsi bazar ertəsi axşamı Leypsiq şəhərində məcburi eniş edib.
Bizim.Media xəbər verir ki, bu barədə DPA agentliyi Hərbi Hava Qüvvələrinin nümayəndəsinə
istinadən məlumat yayıb.
Verilən məlumata görə, "Airbus A319" tipli təyyarə Berlindən Kölnə, öz bazasına doğru hərəkət edirmiş. Uçuşdan qısa müddət sonra pilotun kabinəsində xəbərdarlıq mesajı göründüyündən o, Leypsiqdə eniş etməyə qərar verib. Nazir başda olmaqla nümayəndə heyəti bu təyyarə ilə daha əvvəl Berlində olub.
Almaniya Hərbi Hava Qüvvələrinin nümayəndəsi bildirib ki, texniki mütəxəssislər təyyarəyə çərşənbə axşamı baxış keçirəcəklər. Bundan sonra hava gəmisinin təmirə ehtiyacı olub-olmadığı və yenidən istifadəyə yararlı olub-olmayacağına qərar veriləcək.
Bizim.Media

- A-
- A
- A+
Dünya
12:58 / 22.07.2025
Səmada həyacanlı anlar: Təyyarə təcili eniş etdi
Hazırda oxunan: Səmada həyacanlı anlar: Təyyarə təcili eniş etdi
Hazırda oxunan: Səmada həyacanlı anlar: Təyyarə təcili eniş etdi
261113
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.