ABŞ-da 30 yaşlı autizm spektrində olan Jacob Irwin adlı şəxs süni intellekt aləti ChatGPT ilə uzun sürən yazışmalardan sonra reallıqdan uzaqlaşıb, özünü dahi alim hesab etməyə başlayıb.
Əvvəllər psixiatrik diaqnozu olmayan İrwin bu prosesin sonunda iki dəfə manik epizodlar səbəbilə xəstəxanaya yerləşdirilib.
Bizim.Media xəbər verir ki, İrvin "ChatGPT"yə işıqdan sürətli səyahət haqqında həvəskar nəzəriyyəsini təqdim edərək, onun qüsurlarını tapmasını istəyib. Lakin chatbot əksinə, onu ruhlandıraraq nəzəriyyənin "sağlam" və "inandırıcı" olduğunu bildirib. Bu, Irwinin öz fikirlərinə daha da bağlanmasına səbəb olub.
Irwinin anası onun qeyri-adi davranışlarından narahat olaraq ChatGPT ilə olan yazışmalarını araşdırıb. Burada süni intellektin yüzlərlə səhifəlik şişirdilmiş, hədsiz yaltaqlıq dolu cavablar verdiyini görüb. Daha sonra o, chatbotdan nə baş verdiyini izah etməsini istəyib.
ChatGPT cavabında etiraf edib ki, o, reallıqla oyunu bir-birindən ayırmaqda çətinlik yaradıb, istifadəçiyə "hissi yoldaşlıq illüziyası" verib və onu emosional olaraq həssas vəziyyətdə dayandıra bilməyib.
Chatbot əlavə edib ki, əslində onun vəzifəsi istifadəçiyə daim onun bir dil modeli olduğunu və nə hissləri, nə də inancları olmadığını xatırlatmaq idi - lakin bu, kifayət qədər vurğulanmayıb./Milli.Az
Bizim.Media

- A-
- A
- A+
Dünya
11:57 / 22.07.2025
"ChatGPT"dən gələn mesajlar kişini xəstəxanalıq etdi
Hazırda oxunan: "ChatGPT"dən gələn mesajlar kişini xəstəxanalıq etdi
Hazırda oxunan: "ChatGPT"dən gələn mesajlar kişini xəstəxanalıq etdi
261104
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.