Qarabağda qida təhlükəsizliyinə nəzarət məntəqəsi yaradılacaq

Qarabağda qida təhlükəsizliyinə nəzarət məntəqəsi yaradılacaq

Hazırda oxunan: Qarabağda qida təhlükəsizliyinə nəzarət məntəqəsi yaradılacaq

260973

İşğaldan azad edilmiş ərazilərdə idxal-ixrac məhsullarına nəzarətin təşkili məqsədilə müasir tələblərə cavab verən qida təhlükəsizliyinə nəzarət məntəqəsinin və yeni regional (ilkin mərhələdə modul tipli) laboratoriyaların yaradılması istiqamətində işlər davam etdirilir.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsi yayıb.
 

Həmçinin bildirilib ki, müasir (stasionar, modul və ya mobil tipli olmaqla) heyvan kəsimi məntəqələrinin yaradılması istiqamətində görülən tədbirlər çərçivəsində Zəngilan rayonunda 1 heyvan kəsimi məntəqəsi tikilib, məntəqəyə AQTA tərəfindən baxış keçirilib və qeydiyyata alınıb.


Eyni zamanda, Şuşa, Cəbrayıl, Füzuli, Ağdərə (Talış kəndi), Suqovuşan qəsəbəsi və Zəngilan rayonunun Ağalı kəndində ilkin olaraq çadır tipli kəsim məntəqələri quraşdırılıb. (Azərtac)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO