Rusiyada ardıcıl zəlzələlər - Sunami xəbərdarlığı

Rusiyada ardıcıl zəlzələlər - Sunami xəbərdarlığı

Hazırda oxunan: Rusiyada ardıcıl zəlzələlər - Sunami xəbərdarlığı

260808

Rusiya Federasiyasının Kamçatka vilayətinin Petropavlovsk-Kamçatsk şəhərindən 171 km məsafədə 7,6 maqnitudalı zəlzələ qeydə alınıb.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofiziki Xidmətinin Kamçatka filialının "Telegram" kanalında bildirilib.

Bundan əvvəl Rusiya Federasiyasının Kamçatka vilayətindən 171 km məsafədə 6,5 maqnitudalı zəlzələ qeydə alınıb.

Zəlzələ 13 km dərinlikdə baş verib.

Daha əvvəl isə Petropavlovsk-Kamçatskdan 150 km məsafədə 5,3 maqnitudalı zəlzələ baş verib.

İlkin məlumatlara görə, ikinci zəlzələ hiss olunub, intensivliyi 4 bal təşkil edib.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Kamçatka vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətinin məlumatına görə, regionun bir neçə yaşayış məntəqəsində sunami təhlükəsi elan edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO