Gəncədə xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Səbuhi Əliyev küçəsində qeydə alınıb.
Hərəkətdə olan “Toyota Prius” markalı minik avtomobili ilə “Qazel” markalı yük maşını toqquşub və nəticədə yük avtomobili aşıb.
Hadisə zamanı 1 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hər iki maşına ciddi ziyan dəyib. Əraziyə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

- A-
- A
- A+
Cəmiyyət
09:56 / 20.07.2025
Gəncədə avtomobillər toqquşdu - "Qazel" aşdı - FOTO/VİDEO
Hazırda oxunan: Gəncədə avtomobillər toqquşdu - "Qazel" aşdı - FOTO/VİDEO
Hazırda oxunan: Gəncədə avtomobillər toqquşdu - "Qazel" aşdı - FOTO/VİDEO
260781
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.