İlham Əliyev siyasətinin təməl prinsiplərini SADALADI

İlham Əliyev siyasətinin təməl prinsiplərini SADALADI

Hazırda oxunan: İlham Əliyev siyasətinin təməl prinsiplərini SADALADI

260734

Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Forumunda çıxışı zamanı öz siyasətinin təməl prinsiplərini sadalayıb - xalqına həmişə həqiqəti söyləmək, obyektiv və dürüst olmaq, istənilən şəraitdə beynəlxalq hüquq prinsiplərinə əməl etmək.

Bizim.Media xəbər verir ki, dövlətimizin başçısı özünü risklərdən qorumaq üçün coğrafiyadan istifadə etməyin vacibliyini də vurğulayıb.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyevin Forum iştirakçıları ilə görüşü BAŞLADI - CANLI


“Azərbaycana gəlincə, ölkəmizdə risklərin daxili mənbələri yoxdur. Bütün potensial risklər bizim sərhədlərimizdən kənarda formalaşa bilər. Ona görə də sürprizlərdən, fəaliyyətinizlə bağlı olmayan bəzi risklərdən qorunmaq da vacib idi və bu işdə coğrafiyanın mühüm rolu olub”, - deyə Prezident İlham Əliyev bildirib.

O, həmçinin qeyd edib ki, uğurlu siyasətin mühüm amili həm Avropa, həm də müsəlman təşkilatlarının üzvü olan, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, ECO və bir çox digərlərinin xətti ilə sammit formatlarında fəal iştirak edən Azərbaycanın nadir ölkələrdən olmasıdır.

Dövlət başçısı əlavə edib:

“Bu, həm də hər kəs üçün vacibdir: öz maraqlarını nəzərə alanda, qonşunun da maraqlarına baxmaq lazımdır. Milli maraqların müdafiəsi Azərbaycanın siyasətində fundamental amildir, lakin regional və ya qlobal kontekstdən ayrılıqda bu amildən çox sui-istifadə etmək olmaz. Həmişə vəziyyətə baxmaq, şəraitə sənin qonşunun prizmasından nəzər salmağa çalışmaq lazımdır. Onda çox şey aydınlaşa bilər. Belə olan halda anlaşılmazlığa səbəb olan bir çox məsələ kifayət qədər effektiv nizamlanır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO