FHN-dən əhaliyə təkrar MÜRACİƏT - VİDEO

FHN-dən əhaliyə təkrar MÜRACİƏT - VİDEO

Hazırda oxunan: FHN-dən əhaliyə təkrar MÜRACİƏT - VİDEO

260650

Kütləvi maarifləndirmə işlərinə baxmayaraq, bəzi vətəndaşlar tərəfindən çimərliklərdə təhlükəsizlik qaydalarına əməl olunmaması sonda acı nəticələrə səbəb olur.

Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) çimərliklərlə bağlı təhlükəsizlik qaydaları haqqında əhaliyə yenidən müraciət edib.

Müraciətdə qeyd edilib ki, əhaliyə su hövzələrində, o cümlədən çimərliklərdə təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırış olunur.

Nazirlik bildirib ki, aşağıdakılar qadağandır:

- çimərlik kimi nəzərdə tutulmamış ərazilərdə çimmək;

- çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək;

- küləkli havada dənizə girmək;

- çimərlikdə gecələmək;

- sərxoş halda çimərlikdə olmaq;

- suda kobud hərəkətlər etmək;

- çimərlikdə balıq tutmaq;

- xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq!

Yadda saxlayın:

- çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir!

- qızmar günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir!

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO