Yasamal Rayon Məhkəməsində həyat yoldaşını güllələməkdə təqsirləndirilən "Referans" klinikasının filial rəhbəri Vasif Kərimovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Bizim.Media xəbər verir ki, prosesdə təqdimat təmin olunub və V.Kərimov barədə 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, hadisə iyulun 16-da günorta saatlarında Bakının Yasamal rayonu ərazisində baş verib. "Yüksəliş" Yaşayış Kompleksində yaşayan, 1986-cı il təvəllüdlü Vasif Kərimov yaşadığı binanın qarajında həyat yoldaşı, 1987-ci il təvəllüdlü Fərqanə Kərimovanı ov tüfəngi ilə güllələyib.
Qadın güllə yarası ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və əməliyyat olunub.
Polisin keçirdiyi əməliyyat tədbirləri ilə V.Kərimov şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah gəzdirmə) maddələri ilə cinayət işi başlanıb. (Oxu.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:29 / 18.07.2025
Bakıda həyat yoldaşını güllələyən klinika rəhbəri HƏBS EDİLDİ
Hazırda oxunan: Bakıda həyat yoldaşını güllələyən klinika rəhbəri HƏBS EDİLDİ
Hazırda oxunan: Bakıda həyat yoldaşını güllələyən klinika rəhbəri HƏBS EDİLDİ
260567
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.