Azərbaycanda iki yeni milli park YARADILIR

Azərbaycanda iki yeni milli park YARADILIR

Hazırda oxunan: Azərbaycanda iki yeni milli park YARADILIR

260538

Nazirlər Kabineti Prezidentin "Azərbaycan Respublikasının Axar-Baxar və İlisu milli parklarının yaradılması haqqında" sərəncamının icrasını təmin etmək məqsədilə müvafiq qurumlara tapşırıq verib.

Bizim.Media xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov sərəncam imzalayıb.

Belə ki, Ədliyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla təkliflərini beş ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.
 

Qərarla mərkəzi icra hakimiyyəti orqanları dörd aydan gec olmayaraq, Sərəncamın icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Ədliyyə Nazirliyinə təqdim etməlidir.


Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Sərəncama uyğunlaşdırılmasını təmin edib, bu barədə altı ay müddətində Nazirlər Kabinetinə məlumat verməlidir.

Xatırladaq ki, Prezident İlham Əliyevin 14 iyul 2025-ci il tarixli Sərəncamı ilə Azərbaycanda daha iki yeni milli park - Axar-Baxar və İlisu milli parkları yaradılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO